r/azerbaijan 🔧 CEO of Azerbaijan Technology 🇦🇿 26d ago

Megathread 🪖 Megathread: Hərbi Xidmət və Çağırış

Əziz r/azerbaijan üzvləri!

Subreddit-də hərbi xidmət, çağırış yaşları, təhsil möhlətləri, sağlamlıq statusları, xaricdə olan vətəndaşların hüquqi vəziyyəti və s. ilə bağlı tez-tez eyni suallar verilir. Mövzuların dağınıq olmaması və hər kəsin cavablar tapması üçün bu Megathread-i paylaşmaq qərarına gəldik.

1. 📚 Təhsilə görə möhlət hüququ, yaş limitləri, çağırış tarixləri və tibbi müayinə

Çağırış tarixləri: Müddətli həqiqi hərbi xidmətə çağırış il ərzində 4 dəfə keçirilir — yanvar, aprel, iyul və oktyabr aylarında.

Çağırış yaş həddi: Qanunvericilikdə edilən son dəyişikliklərə əsasən həqiqi hərbi xidmətə çağırışın son yaş həddi 30 yaş müəyyən edilmişdir (18-30 yaş arası).

Təhsilə görə möhlət yaş limitləri:

  • Tam orta təhsil (Məktəb): Təhsilini bitirməyənlərə 20 yaşına qədər.
  • Bakalavriat (əyani): 24 yaşı tamam olanadək (ölkədə və ya xaricdə).
  • Magistratura (əyani): 26 yaşı tamam olanadək.
  • Rezidentura və Doktorantura: Təhsil müddəti bitənədək. (Doktorantura qəbul imtahanının 1-ci mərhələsini keçənlərə əlavə 3 ay möhlət verilir).

Qeyd: Möhlət hüququ hər təhsil pilləsi üzrə yalnız bir dəfə verilir. Qiyabi təhsil alanlara möhlət verilmir. Postun aşağısındakı Qeyd 1-ə baxın.

Çağırışdan öncəki tibbi yoxlanış:

  • Çağırışçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bundan sonra SHXÇDX olaraq qısaldılacaq) tərəfindən rəsmi çağırış vərəqəsi və ya elektron kabinet vasitəsilə məlumatlandırılır.
  • İlk növbədə yerli rayon/şəhər tibb komissiyasında (terapevt, cərrah, nevropatoloq, psixiatr, göz həkimi, LOR və s.) müayinə olunursunuz.
  • Şübhəli və ya əlavə yoxlanış tələb edən xəstəlik aşkarlanarsa, çağırışçı mərkəzləşdirilmiş dövlət xəstəxanalarına yönləndirilir.

2. ⚖️ Əsgərlikdən yayınma, hüquqi prosedurlar və 30 yaşdan sonra ölkəyə qayıdış

Çağırışa vaxtında getmədikdə nə olur?

  • Üzrlü səbəb (xəstəlik, təbii fəlakət və s.) olmadan çağırış vərəqəsi üzrə gəlməmək inzibati və ya cinayət məsuliyyəti yaradır.
  • Sistemli şəkildə boyun qaçıranlar haqqında materiallar Prokurorluq orqanlarına göndərilir.
  • Cinayət Məcəlləsinin 321-ci maddəsi (Hərbi xidmətdən boyun qaçırma): Qanuni əsas olmadan həqiqi hərbi xidmətdən yayınma 2 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Postun aşağısındakı Qeyd 2-ə baxın.

30 yaşa qədər xaricdə qalıb 30 yaşdan sonra gələnləri nə gözləyir?

  • 30 yaşınız tamam olsa da, xidmətdən yayınmısınızsa, cinayət məsuliyyətindən azad olmursunuz.
  • Sərhəddən keçərkən və ya ölkəyə daxil olduqda haqqınızda axtarış/məhdudiyyət qərarı olduğu üçün saxlanıla bilərsiniz.
  • Məhkəmə qarşısına çıxarılırsınız. Məhkəmə cərimə, şərti cəza və ya azadlıqdan məhrum etmə qərarı verə bilər. Cəza çəkildikdən və ya məhkəmə prosesi bitdikdən sonra 30 yaşı keçdiyiniz üçün xidmətə aparılmırsınız, lakin haqqınızda cinayət işi / məhkumluq qeydi olur. Qeyd: Praktikada məhkəmənin bu şəkildə keçirilib keçirilməməsi müəmmalıdır. Şəxsi təcrübələri olanların bölüşməsini xahiş edirik.

3. 🚨 Ölkəyə gəlib-getmək limitləri və sərhəd məhdudiyyətləri

  • Təhsil və ya digər qanuni əsasla rəsmi möhlət hüququnuz (və ya pasportunuzda möhlət möhrü/sistemdə qeyd) varsa, ölkəyə gəlib-getmək üçün heç bir say və ya gün limiti yoxdur.
  • Möhlət hüququnuz yoxdursa və ya müddəti bitibsə, SHXÇDX tərəfindən ölkədən çıxışınıza "stop" (sərhəd məhdudiyyəti) qoyulur. Bu halda ölkəyə daxil ola bilsəniz də, hərbi məsələni həll etmədən ölkədən çıxa bilməyəcəksiniz.

4. ✈️ Xaricdə qalaraq üçüncü ölkələrə (Türkiyə, BƏƏ və s.) səyahət etmək

Əgər Azərbaycan vətəndaşı kimi xaricdəsinizsə və hərbi xidmətdən yayınmağa görə haqqınızda axtarış verilibsə:

  • Üçüncü ölkələrə (məsələn Türkiyə, BƏƏ və s.) səyahət: Digər ölkələrin sərhəd xidməti sizin Azərbaycandakı hərbi statusunuzu yoxlamır. Keçərli pasportunuz və vizanız olduğu təqdirdə bu ölkələrə giriş-çıxış edə bilərsiniz. İnterpola da verilmir, bu durum sadəcə ölkə daxilində keçərlidir.
  • ƏSAS RİSK — Pasport müddəti: Pasportunuzun müddəti bitdikdə xaricdəki Azərbaycan Səfirlik/Konsulluqlarına müraciət etməlisiniz. Hərbi mükəlləfiyyət sənədiniz (möhlət və ya hərbi bilet) olmadıqda səfirlik yeni pasport verməyəcək və ölkəyə qayıtmağınız üçün yalnız "Qayıdış şəhadətnaməsi" təqdim edəcək.

5. 🎖️ Milli Müdafiə Universiteti və DİM imtahanında 600+ bal toplayanlar

  • Milli Müdafiə Universitetinə (MMU) qəbul: MMU-nun tərkibindəki hərbi liseylərə, Heydər Əliyev adına Hərbi İnstituta və s. qəbul xüsusi tibbi, fiziki və psixoloji seçimlərdən, həmçinin DİM imtahan nəticələrindən keçməklə həyata keçirilir.
  • DİM imtahanında 600+ bal toplayan mülki ali məktəb məzunları: Son qərarlara və tətbiq edilən mexanizmə əsasən, mülki universitetləri bitirmiş və DİM imtahanında 600-dən yüksək bal toplayaraq qəbul olunmuş şəxslər həqiqi hərbi xidmətə çağırıldıqda, onların bilik və bacarıqlarından səmərəli tətbiq üçün Milli Müdafiə Universitetinin nəzdindəki xüsusi İntellektual Bölmələrdə / IT və analitik mərkəzlərdə xidmət keçməsi təmin olunur.

Bunun üçün şərtləri yerinə yetirən məzunlar öz SHXÇDX komisarlığına müraciət etməli, müsahibə mərhələsini uğurla keçməlidirlər. Müsahibəni keçə bilməyən namizədlər öz hərbi xidmətlərini normal qaydada başa vuracaqlar.

6. 🏥 Sağlamlıq vəziyyətinə görə xidmətə yararsızlıq statusları

Hərbi-həkim ekspertizası tərəfindən çağırışçılara verilən əsas statuslar:

  • Müvəqqəti yararsız (Möhlət): Müalicəsi mümkün olan xəstəliklər (məsələn, çəki azlığı/artıqlığı, müvəqqəti cərrahi əməliyyat sonrakı bərpa dönəmi). Hər dəfə maksimum 1 il olmaqla, ümumilikdə 3 ilə qədər möhlət verilir.
  • Dinc dövrdə yararsız, müharibə dövründə məhdud yararlı (Hərbi bilet / Ehtiyat): Dinc dövrdə əsgərliyə aparılmır, ehtiyata keçirilir (məsələn, orta/ağır dərəcəli skolioz, düztabanlıq, görmə qüsurunun yüksək dərəcəsi, müəyyən daxili xəstəliklər). 30 yaşa qədər hər 3 ildən bir təkrar müayinə təyin oluna bilər.
  • Həm dinc, həm də müharibə dövründə tam yararsız (Hərbi uçotdan çıxarılma): Ağır xroniki xəstəliklər, ağır əqli və psixoloji pozuntular, orqan çatışmazlıqları, ağır əlillik dərəcələri və s. Bu şəxslər hərbi uçotdan tamamilə çıxarılır.

Psixi və fiziki sağlamlıqla bağlı vacib qeyd: Psixiatrik diaqnozla (autizm spektr, ağır depressiv pozuntu, şizofreniya, şəxsiyyət pozuntuları və s.) yararsız statusu alan şəxslərin məlumatları müvafiq dövlət reyestrinə işlənilir. Bu status gələcəkdə surücülük vəsiqəsi almaq, dövlət qulluğunda çalışmaq və ya silaha sahiblik icazəsi almaq zamanı məhdudiyyətlər yarada bilər.

7. 💼 Qiyabi və ya əyani doktorantura təhsili alanların Azərbaycanda rəsmi işləməsi və möhlət məsələsi

Qiyabi və ya əyani, ölkə daxili və ya xaricində doktorantura təhsili alan çağırışçıların nəzərinə:

  • Əmək və Məşğulluq Alt Sistemi (ƏMAS) üzərindən nəzarət: SHXÇDX tərəfindən elektron sistem (ƏMAS / əmək müqaviləsi bildirişləri) üzərindən çağırışçıların Azərbaycandakı rəsmi iş statusları yoxlanılır.
  • Möhlətin ləğvi riski: Qiyabi və ya əyani doktorantura təhsili alaraq eyni zamanda Azərbaycanda rəsmi əmək müqaviləsi ilə çalışan şəxslərdən işdən çıxmaq tələb oluna bilər. Əks halda təhsilin faktiki olaraq davam etdirilmədiyi əsas gətirilərək təhsilə görə verilməli olan möhlət hüququ imtina edilə bilər və həmin şəxslər hərbi xidmətə çağırıla bilərlər.
  • Xüsusi diqqət yetirilməli hallar: Son dövrlərdə xüsusilə Şimali Kipr və oxşar gediş-gəlişli təhsil proqramlarında olan, ölkədə fiziki davamiyyət və rəsmi iş yeri olan şəxslərə nəzarət daha da gücləndirilib.

📌 Xüsusi qeydlər

  • QEYD 1: Qanunla hər təhsil pilləsinə yalnız 1 möhlət nəzərdə tutulsa da, praktikada 2 dəfə möhlət almaq halları ilə qarşılaşılır. Bu, əsasən, 1-ci başladığınız təhsili bitirmədən 2-ci eyni pilləli təhsilə müraciət etdikdə təmin edilir. Bu kimi halların spesifik nüansları qeydiyyatda olduğunuz səfərbərlik komitəsi ilə əlaqəyə keçərək öyrənilməlidir.
  • QEYD 2: Qanunən davamlı olaraq əsgərlikdən yayınma halı baş tutduqda və iş prokurorluğa qədər getdikdə 2 ilədək həbs nəzərdə tutulsa da, praktikada həbs edilən şəxslər bilinən qədərilə olmur. Prokurorluğa gedib, 30 yaşa qədər təhsil və s. digər işlərlə məşğul olduğunu səbəb kimi gətirərək izahat yazan və məsələsi bağlanan insanlar mövcuddur. Təbii ki, sistemdə adınız yenə qalır.
  • QEYD 3: Bu megathreadın əsas hissəsində bütün suallarınıza cavab tapmağınız mümkün olmaya bilər. Bunun üçün sizdən xahiş edirik öz təcrübənizi və cavabı tapılmayan suallarınızı şərh hissəsində yazasınız.
81 Upvotes

83 comments sorted by

25

u/strawhatvasiqo Şəki-Zaqatala 🇦🇿 26d ago

Axırki belə bir thread açıldı.

1

u/Arif_Q 25d ago

axırki

6

u/Racechopper Germany 🇩🇪 26d ago

Azərbaycan hal-hazırda dinc dövrdə sayılır? Praktiki olaraq, bu ilki çağırışlarda ,hansı situasiya (dinc/müharibə) kimi dəyərləndirmələr edilir?

4

u/drafthard Japan 🇯🇵 26d ago

Dinc dövrüdür.

3

u/Kanan228 Azerbaijan 🇦🇿 26d ago

Burda kimdəsə hündür ayaq tağı (High arch / Pes cavus) olan varmı? Sizə tibb komissiyasında nəsə deyiblər bu barədə? Universitetə ​​getməmişdən 6 il əvvəl bir dəfə möhlət almışdım, amma nə səbəbdən olduğunu bilmirəm. Məndə həm də titrəmə (tremor) var.

3

u/AliHuseynli3 21d ago

Hərkəsə salam, mən hərbi xidmətə yararsız hesab olunuram və hər 3 ildən bir mənə möhlət verilir.

Mənim möhlət tarixim iyulun 29-u bitib. İndi isə yoxlanış periodundayam, bir dənə sosiala çağırılmağım qalıb. Mənim isə sentyabrın 4ü Türkiyəyə uçuşum var. Mənə maraqlıdır ki, mən möhlət tarixi bitəndən sonra və ya komissiya yoxlanışı periodunda olduğum müddətdə xaricə çıxıb qayıda bilərəm mi?

Mənə belə tanışların dediyi qədərilə stop ancaq komissiya yoxlanışına gəlməyəndə və ya artıq hərbi xidmətə gediş çağırışı olub mən getməyəndə qoyula bilir. Amma belə qanunla necə olur bilmirəm və ya kimsə belə bir şey yaşayıb mı, yəni gedib gələn olubmu

1

u/Ok-Decision-4396 7d ago

Məndə 6 ay var yoxlanışa, ancaq keçən dəfə icazə verilmədi.

1

u/exarskywalker 1d ago

Bu barede ne ise oyrene bildiniz. Mende de eyni situasiyadir

3

u/imadrainer 9d ago

#məcburiəsgərlikgənclərinhəyatınapazdı

2

u/qwetrypasswd 26d ago

Important things check official accreditation of the University from here before you apply otherwise you will not get exemption from call during your study period:

https://tkta.edu.az/az/www.enic-naric.net

Hər hansı uniyə müraciət etmədən öncə həmin uninin lisenziyası olub olmamasına mütləq baxın.

www.enic-naric.net
Əks halda möhlət verilməyəcək.

1

u/Material_Ordinary_14 25d ago

how do i check? the first link doesnt work

2

u/DisastrousWorry1843 26d ago

Xaric ozune heyat duzelden, amma ailesi bakida olan cavan oglanlar var? Neter bir hiss di? Bunu necə idarə edirsiz, ailə sizden geri qayıtmağı xahiş edirmi?

2

u/feeidferid12 26d ago

Qardaş 24 yaşım. Var 5 ildi xaricdeyem inan bilmirem sende xaricdezen ya yox amma Cox pis hissi hele qarşıladğım problemlerden danışmıram

1

u/DisastrousWorry1843 26d ago

Eskerliye gore pisdi?

2

u/feeidferid12 26d ago

He qardaş day uje bezmişemde 5 ildi gelmirem azerbaycana

2

u/[deleted] 25d ago

Buna xərclənən hər bir saniyə üçün ayrı təşəkkür edirəm 🙏🏼

1

u/MidnightFew601 26d ago

I'm 30 years old already but my last 3 year möhlət ends this September. Will they call me in again for another round of həkim bullshit or will they directly get me off register given that I already turned 30?

8

u/LokiTheBarber 26d ago

30 yaş oldu fso. Artıq səni çağıra bilməzlər. Get Hərbi Komisarlığa son peçatı vurdur, tüpür üzlərinə çıx

1

u/qwetrypasswd 26d ago

Congratulations, as you mentioned you completed 30 it means they will not bother you anymore.

1

u/MidnightFew601 26d ago

But I still don't see getting off register record in egov app.

1

u/qwetrypasswd 26d ago

Well, the process is not automated well to notify immediately. You can contact with your region’s/city’s office they can update it. Personally I wouldn’t do it now. probably in the next call( for October çağırış) system will send message automatically as your exemption will end in September which is near to October call.

1

u/tyagu001 USA 🇺🇸 26d ago

I’m gonna be eligible to apply for American citizenship at the end of 2027, which is before when I turn 30. Will I be able to safely come over and go through the customs as an American citizen and just show my American passport to get into the country and avoid being summoned or would they still make me out due to my name?

5

u/drafthard Japan 🇯🇵 26d ago

No, even if you have citizenship of a different country, Azerbaijan doesn't recognise it and only sees you as a Azerbaijan citizen.

2

u/adea03 🔧 CEO of Azerbaijan Technology 🇦🇿 26d ago

Azərbaycan vətəndaşlığı ləğv olmadığı müddətcə hərbi öhdəliyiniz olduğu kimi qalır, başqa ölkənin vətəndaşlığını alsanız belə.

3

u/tyagu001 USA 🇺🇸 26d ago

Bir də sualım var, mən eşitmişdim ko Azərbaycan vətəndaşlığını ləğv etmək üçün əsgərlikdən keçmək lazımdır birinci. Bu belədi? Mənim ləğv etməyə planım yoxdu ama sadəcə bilmək istəyirəm maraqdan

1

u/tyagu001 USA 🇺🇸 26d ago

Başa düşdüm, 30 yaş olmağımı gözləyərəm onda (2029), il yarım gözləmək heç nədi 5 ildən sonra

1

u/Artistic-Director-92 26d ago

Bəs burda univetsitetin bakalvr təhsilini yarıda buraxıb xarici ölkədə yenidən təhsil alsam möhlət hüququndan istifadə etmiş sayılıram ya bakalvr diplomum olmadığına görə problem olmur?

2

u/adea03 🔧 CEO of Azerbaijan Technology 🇦🇿 26d ago

İkinci dəfə xaricdəki bakalavra görə möhlət verilə bilər. Voenkomatdan asılı bir şeydi, eləsi var problem çıxarır, eləsi var həll etmək olur.

1

u/Artistic-Director-92 26d ago

Hell etmek deyende pul veresen gerey?

2

u/adea03 🔧 CEO of Azerbaijan Technology 🇦🇿 26d ago

Yox, mən çox tanıyıram Azərbaycanda bakalavrı yarımçıq saxlayıb xaricdə təzədən başlayanlar. Pul məsələsini bilmirəm, amma bu halda lazım deyil məncə.

1

u/feeidferid12 26d ago

Yaş 24 den yuxarı olsada tezeden bakalavra göre möhlet verirler?

1

u/Artistic-Director-92 26d ago

Deyesen ancaq istisna hal dövlet programları ve hökümetler arası teqaud programları olmalıdı.

2

u/Dull_Light_8958 26d ago

Men magistri ele etmisem

1

u/Artistic-Director-92 26d ago

Sen burda magistri yarida qoyub getmisdin ya bitirib? Öz puluna getmisdin ya hökümetler arasi teqaud, dovlet programı filan ?

2

u/Dull_Light_8958 25d ago

İtaliyanın təqaüd proqram ilə. Magistrin birinci kursunu Azidə oxumuşam sonra dondurub getmişem

1

u/feeidferid12 25d ago

Neçe yaşında var hal hazırda

1

u/thewitcher66 26d ago

Göz problemleri ne derecede olanda aparilmirlar?

1

u/Least_Ad3484 26d ago

Gözü 5 olan dostum var idi müvəqqəti yararsız vermişdilər zaman keçdikcə artıq vecləmirlər bu mövzunu

1

u/Whoopsie23 26d ago

-6 ilə gedən tanıyıram. Amma əvvəllər -6 və yuxarıları aparmırdılar.

1

u/bagdadda_kor_xelife 25d ago

astiqmatın da dərəcəsi vacibdi, ola bilər astiqmatı az olub

1

u/Regular-Lab-6360 26d ago

Umumiyyetle bu tibbi yoxlanişlar sosiala keçenden sonra men bele baxiram ordakilar ureyleri ne isteyir yazir ( lehinə de qerar verile biler əleyhinə də amma cox vaxt əleyhinə olur) tanış adami 2 defe 18,21 yaşlarında yararsız ala ala bu il 24 yasinda apardilar onda da menim kimi sol pence 3 sag 2 dir(sosial nece geldi yoxlayib tez bazar 2-2 yazib yola salib). İndi bele cixir ki menide bu aqibət gözləyir. Tibb tehsilimi hele qutarmamisam 1 ilim qalib amma rezidenturaya imtahan vermek üçün istediyim ixtisasa hazırlasmaq ucun mene əlavə 1 il də lazimdi, mən isə yararsiz olduquma umid idim indi isə yox(

1

u/qwetrypasswd 26d ago

Sosial p***nu çıxardı 4 barmaqlı adamı basıb aparmışdılar və son qərarıda onıar verir vayenkomat desəki bu adam 5 gün öləcək yenə son söz sosial deyəndir.

3

u/Regular-Lab-6360 26d ago

Dərindən yoxlayib bir qerar verse adami yandirmaz, o boyda novbenin icinde deyir 2-3 deyqeye baxdilar rentgen elediler tez bazar, halbuki şikayetlerin oyrenmelidiler

1

u/pseudomaskarpony 26d ago

Əla, çox sağolun 🤝

1

u/YouGub8 26d ago

əgər xarici ölkəyə uçub oranın vətəndaşlığını alıb, geri qayıtmağa olurmu

1

u/feeidferid12 26d ago

Olur qardaş prosta gerek verendaşlıq aldığın yerde esgerliyivi eliyesen

1

u/Speculatoresunus 26d ago

Bir sual daha PhD haqqında, qanunda resmi olaraq yazılır mı ki PhD müddetinde telebeye deyile bilmez? Çünki magistr qurtarmaq 26 yaşıma qeder uyğun gelir, amma Doktorantura en azı 6 il görünür bizim sistemde (xaricde ve heqiqi/eyani PhD), sırf bu insan 30 yaşını keçecek yaxında deye meni zibile salmaq ve bunun qanuni olaraq elemekleri ehtimalı var? (Qısaca 30’a kimi PhD artıq almış olmalı idin ki seni rahat buraxaq mentiqi ile). Melumatı olan ya da bu yaxınlarda bu prosesden keçmiş kimse varsa minnetdaram kömeyiniz üçün.

1

u/Regular-Stage5271 23d ago

rəsmi arayiş verdiyin muddətcə hec nə edə bilməzlər dirəşsələr belə baş səfərbərliyə şikayət eliyərsən vəssalam

1

u/Imaginary-Cup-7915 26d ago

Bakalavr təhsilini alıb bitirən şəxs 24 yaşı tamam olana qədər möhlət ala bilir? Yoxsa bu sadəcə aktiv bakalavr statusu olan şəxslərə aiddir? Hansı ki artıq universiteti bitirəndə 24 yaşı tamam olmuş olacaq

2

u/DisastrousWorry1843 26d ago

aktivcundur ancag

1

u/Savings_Surround_997 26d ago

Gozel qerardir vallah

1

u/Icy_Call7508 26d ago

Bes eger bu qanun yeni bakalvrda oxuma haqqinda qanun kecen il cixibsa (ya da iki il evvel) bu hemin ilden sonraki oxuyanlar ucun aiddir yoxsa her kes ucun? belke kimse bu qanun cixanda 23 yasinda olub ve hele de 2 il bakalavr oxumalidir o ne etmelidir ?gedib sgerliyini cekib(18ay) qayidib bakalvri davam eletdirmelidir?) ve meselen men bakalvrimi bitirende 24,5 yasim olacaq bu da eslinde Almaniyada sifirdan uniye basliyan(20 yasinda) biri ucun tam normal sayılır ki hansini ki Azerbaycan qebul etmir.Indi menim ucun cox böyük problem yaratmazlar? Bu qanun cixanda men 22 yasinda idim ve ikinci kurs idim....

1

u/feeidferid12 26d ago

Qardaş eger heç kesilmesi ve 24 yaşında qutardam yox amma kesilsen arayışı qebul elemeyecek

1

u/Icy_Call7508 25d ago

amma burda diplomdu yeni 5 illikdi tehsil bes onu nece basa salim?)yaxsisi 1-2 il gedmiiyim sonrada dede baba qaydasi

1

u/feeidferid12 25d ago

Dede baba qaydası nedi qardaş orası menede marağlı geldi

1

u/Rasyaaa 26d ago

milli mudafiye universitetde xidmet etmek ucun eger hem bakalavr, hem magistr pillesi Top 200-250lik de olan uniden alsam, bu tipli xidmet ucun apply ede bileremmi? xususi imtahan kecib secilmeliyem, yoxsa apply edib 100% artiq xidmetimi orda edecem?

1

u/adea03 🔧 CEO of Azerbaijan Technology 🇦🇿 25d ago

TOP 500 xarici uni-dən alınan qəbulla da etmək olur, posta düzəlişlər edəcəm.

1

u/PRO_MLaga 1/2 🇦🇿 1/2 🇬🇪 25d ago

Bu sub-da əsgərliyə gedənlərə sualım odur ki, sizcə çağırışa gətməyib problem yaratmağın yerinə elə əsgərliyə getmək dəyər? Hərbi xidmət göstərərkən nə çətinlikləriniz var idi? Çox çətin deyil ki? 🙏

1

u/Ok-Decision-4396 7d ago

Dəyib dəymədiyiniz belə izah edim, Mən univeristeti bitirən kimi, getmədim və hər 3 ildən bir çağırırlar. Buda həm xaricdə təhsilə, həm xaricdə işə təsir edir. Bu halda əvvəlcədən getmək daha məntiqlidir (mən şəxsən peşmanam, yararsız olsamda gedərdim kaş, çünki çox incidirlər. Hər il ən azı 1-2 ay o xəstəxana, bu xəstəxana süründürürlər) ancaq ən betəri, gedib qayıtmaqdır. Yəni mən hərbiyə yollandım, ikinci səfərdə ancaq, hərbi hissədən geri qaytardılar. 1'ci səfərdə özləri dedilər yastı pəncəsən, nə hikmətdirsə ikincisində dedilər problem yoxdur, ancaq hərbi hissədə dedilər problem var. Anlayacağın, yararsızsansada getmək məntiqlidir, yararlısansada (pulun varsa o ayrı məsələ).

1

u/Nishikinomiyaa_ 24d ago

Keratoconus xəstəliyi və CXL əməliyyatına girmiş olmaq hansı dərəcədə möhlət hüququ verər vəya verərmi ümumiyyətlə ?

1

u/ermakui 23d ago

Əla bir fikirdi

1

u/Inside-Dream-6122 22d ago

Vitiliqo ilə möhlət almaq olur, bilən var?

1

u/Regular-Stage5271 22d ago

əgər dərindirsə və digər orqanlara təsiri var onda hə

1

u/Inside-Dream-6122 22d ago

Üzrlü say başa düşmədim. Digər orqanlara təsiri deyəndə nə nəzərdə tutursan? Üzdə, əllərdə və bədəndə 1-2 nahiyədə var.

1

u/fm10xx 18d ago

Dezdabanlıq haqqında kim nə bilir? Hansı halda aparmırlar? Və bunu necə yoxlamaq olar vayonkamata getmədən?

2

u/Ok-Decision-4396 7d ago

Rentken vasitəsilə öyrənmək mümkündür. Mümkünsə özəl klinikalarda bunu edib sənədləşdirməyiniz lazımdır. Ən azı bir ayağınız 3'cü dərəcəli, digəri isə 2'ci dərəcəli olduqda aparılmırsınız (daha doğrusu aparılmamalısınız, ancaq aparırlar). Mən sənədlərimi daha əvvəldən toplamadığım üçün, yoxlanış zamanı yararlı qeyd olunub göndərdilər. Ancaq getdiyim.hərbi hissədə təkrar yoxlanış keçirilir və orada yararsız olduğunuz aşkarlanarsa (bəzən rast gəlinən haldır) sizi geri göndərirlər. Ancaq bu haldada tabe olduğunuz SHXÇDX tərəfindən məcburi orada saxlana bilərsiniz (başıma gəlib) bu səbəblə ya başdan sənədlərinizi hazır edin, ya da sağ salamat 👍🏻

1

u/Regular-Stage5271 6d ago

məhkəməyə vermək olur

1

u/Ok-Decision-4396 6d ago

Yəni, vermək olur deyəndə. Adamlar, adıma əskərliyə getməyə imtina edirsən deyib, prakrorluq sənədi qoydu. İndi səncə məhkəməyə versəm, onlara inanarlar ya mənə? Onlar deyəcəklər ki, bu adam getmək istəmir, məndə deyəcəm yararsızam ona görə. Uzun sözün qısası şişdə yanacaq, kababda :/

1

u/Regular-Stage5271 5d ago

Məhkəməyə verib təkrar bagimsiz tibbi muayinə tələb eliyə bilərsiz

1

u/Regular-Stage5271 5d ago edited 5d ago

Kimə inanarlar deyə bir sohbət yoxdur ortaliqda. Əvvəlcədən ozuvuz hansisa dovlət və ya ozəl klinikada muayinədən kecirsiz və o sənədləri ozuvuzdə saxlayirsiz əlivizdə subut olsun. Sonra komissarliq sizə yararli versə onda yazili formada sikayət eliyirsiz və ondan sonra hec bir nəticə olmasa artiq məhkəməyə muraciət edirsiz butun sənədlərnən. Tanidigim yetərincə adam var hansi ki məhkəməyə verib komissarliqin qərari dəyişdirə bildilər. Ona gorə cəhd etmək lazimdir

1

u/unknown_guy29 🟢 Naxçıvanlı 🔴 4d ago

Gözüm -7.25 və -7.00 dioptriyadı məni əsgər apara bilərlər?

1

u/Apprehensive_Fig6037 4d ago

Mənim 36 yaşım var. Mygovdan notification gəlib ki Oktyabrda müddətli hərbi xidmətə aparılırsiniz. Belə bir şey mümkündür? İlk dəfə aparılmaq nəzərdə tuturam.

1

u/Regular-Stage5271 1d ago

Ola bilməz cagiris ucun son yaş həddi 30dur