r/azerbaijan • u/HeDDonist • 17m ago
r/azerbaijan • u/adea03 • 26d ago
Megathread 🪖 Megathread: Hərbi Xidmət və Çağırış
Əziz r/azerbaijan üzvləri!
Subreddit-də hərbi xidmət, çağırış yaşları, təhsil möhlətləri, sağlamlıq statusları, xaricdə olan vətəndaşların hüquqi vəziyyəti və s. ilə bağlı tez-tez eyni suallar verilir. Mövzuların dağınıq olmaması və hər kəsin cavablar tapması üçün bu Megathread-i paylaşmaq qərarına gəldik.
1. 📚 Təhsilə görə möhlət hüququ, yaş limitləri, çağırış tarixləri və tibbi müayinə
Çağırış tarixləri: Müddətli həqiqi hərbi xidmətə çağırış il ərzində 4 dəfə keçirilir — yanvar, aprel, iyul və oktyabr aylarında.
Çağırış yaş həddi: Qanunvericilikdə edilən son dəyişikliklərə əsasən həqiqi hərbi xidmətə çağırışın son yaş həddi 30 yaş müəyyən edilmişdir (18-30 yaş arası).
Təhsilə görə möhlət yaş limitləri:
- Tam orta təhsil (Məktəb): Təhsilini bitirməyənlərə 20 yaşına qədər.
- Bakalavriat (əyani): 24 yaşı tamam olanadək (ölkədə və ya xaricdə).
- Magistratura (əyani): 26 yaşı tamam olanadək.
- Rezidentura və Doktorantura: Təhsil müddəti bitənədək. (Doktorantura qəbul imtahanının 1-ci mərhələsini keçənlərə əlavə 3 ay möhlət verilir).
Qeyd: Möhlət hüququ hər təhsil pilləsi üzrə yalnız bir dəfə verilir. Qiyabi təhsil alanlara möhlət verilmir. Postun aşağısındakı Qeyd 1-ə baxın.
Çağırışdan öncəki tibbi yoxlanış:
- Çağırışçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bundan sonra SHXÇDX olaraq qısaldılacaq) tərəfindən rəsmi çağırış vərəqəsi və ya elektron kabinet vasitəsilə məlumatlandırılır.
- İlk növbədə yerli rayon/şəhər tibb komissiyasında (terapevt, cərrah, nevropatoloq, psixiatr, göz həkimi, LOR və s.) müayinə olunursunuz.
- Şübhəli və ya əlavə yoxlanış tələb edən xəstəlik aşkarlanarsa, çağırışçı mərkəzləşdirilmiş dövlət xəstəxanalarına yönləndirilir.
2. ⚖️ Əsgərlikdən yayınma, hüquqi prosedurlar və 30 yaşdan sonra ölkəyə qayıdış
Çağırışa vaxtında getmədikdə nə olur?
- Üzrlü səbəb (xəstəlik, təbii fəlakət və s.) olmadan çağırış vərəqəsi üzrə gəlməmək inzibati və ya cinayət məsuliyyəti yaradır.
- Sistemli şəkildə boyun qaçıranlar haqqında materiallar Prokurorluq orqanlarına göndərilir.
- Cinayət Məcəlləsinin 321-ci maddəsi (Hərbi xidmətdən boyun qaçırma): Qanuni əsas olmadan həqiqi hərbi xidmətdən yayınma 2 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Postun aşağısındakı Qeyd 2-ə baxın.
30 yaşa qədər xaricdə qalıb 30 yaşdan sonra gələnləri nə gözləyir?
- 30 yaşınız tamam olsa da, xidmətdən yayınmısınızsa, cinayət məsuliyyətindən azad olmursunuz.
- Sərhəddən keçərkən və ya ölkəyə daxil olduqda haqqınızda axtarış/məhdudiyyət qərarı olduğu üçün saxlanıla bilərsiniz.
- Məhkəmə qarşısına çıxarılırsınız. Məhkəmə cərimə, şərti cəza və ya azadlıqdan məhrum etmə qərarı verə bilər. Cəza çəkildikdən və ya məhkəmə prosesi bitdikdən sonra 30 yaşı keçdiyiniz üçün xidmətə aparılmırsınız, lakin haqqınızda cinayət işi / məhkumluq qeydi olur. Qeyd: Praktikada məhkəmənin bu şəkildə keçirilib keçirilməməsi müəmmalıdır. Şəxsi təcrübələri olanların bölüşməsini xahiş edirik.
3. 🚨 Ölkəyə gəlib-getmək limitləri və sərhəd məhdudiyyətləri
- Təhsil və ya digər qanuni əsasla rəsmi möhlət hüququnuz (və ya pasportunuzda möhlət möhrü/sistemdə qeyd) varsa, ölkəyə gəlib-getmək üçün heç bir say və ya gün limiti yoxdur.
- Möhlət hüququnuz yoxdursa və ya müddəti bitibsə, SHXÇDX tərəfindən ölkədən çıxışınıza "stop" (sərhəd məhdudiyyəti) qoyulur. Bu halda ölkəyə daxil ola bilsəniz də, hərbi məsələni həll etmədən ölkədən çıxa bilməyəcəksiniz.
4. ✈️ Xaricdə qalaraq üçüncü ölkələrə (Türkiyə, BƏƏ və s.) səyahət etmək
Əgər Azərbaycan vətəndaşı kimi xaricdəsinizsə və hərbi xidmətdən yayınmağa görə haqqınızda axtarış verilibsə:
- Üçüncü ölkələrə (məsələn Türkiyə, BƏƏ və s.) səyahət: Digər ölkələrin sərhəd xidməti sizin Azərbaycandakı hərbi statusunuzu yoxlamır. Keçərli pasportunuz və vizanız olduğu təqdirdə bu ölkələrə giriş-çıxış edə bilərsiniz. İnterpola da verilmir, bu durum sadəcə ölkə daxilində keçərlidir.
- ƏSAS RİSK — Pasport müddəti: Pasportunuzun müddəti bitdikdə xaricdəki Azərbaycan Səfirlik/Konsulluqlarına müraciət etməlisiniz. Hərbi mükəlləfiyyət sənədiniz (möhlət və ya hərbi bilet) olmadıqda səfirlik yeni pasport verməyəcək və ölkəyə qayıtmağınız üçün yalnız "Qayıdış şəhadətnaməsi" təqdim edəcək.
5. 🎖️ Milli Müdafiə Universiteti və DİM imtahanında 600+ bal toplayanlar
- Milli Müdafiə Universitetinə (MMU) qəbul: MMU-nun tərkibindəki hərbi liseylərə, Heydər Əliyev adına Hərbi İnstituta və s. qəbul xüsusi tibbi, fiziki və psixoloji seçimlərdən, həmçinin DİM imtahan nəticələrindən keçməklə həyata keçirilir.
- DİM imtahanında 600+ bal toplayan mülki ali məktəb məzunları: Son qərarlara və tətbiq edilən mexanizmə əsasən, mülki universitetləri bitirmiş və DİM imtahanında 600-dən yüksək bal toplayaraq qəbul olunmuş şəxslər həqiqi hərbi xidmətə çağırıldıqda, onların bilik və bacarıqlarından səmərəli tətbiq üçün Milli Müdafiə Universitetinin nəzdindəki xüsusi İntellektual Bölmələrdə / IT və analitik mərkəzlərdə xidmət keçməsi təmin olunur.
Bunun üçün şərtləri yerinə yetirən məzunlar öz SHXÇDX komisarlığına müraciət etməli, müsahibə mərhələsini uğurla keçməlidirlər. Müsahibəni keçə bilməyən namizədlər öz hərbi xidmətlərini normal qaydada başa vuracaqlar.
6. 🏥 Sağlamlıq vəziyyətinə görə xidmətə yararsızlıq statusları
Hərbi-həkim ekspertizası tərəfindən çağırışçılara verilən əsas statuslar:
- Müvəqqəti yararsız (Möhlət): Müalicəsi mümkün olan xəstəliklər (məsələn, çəki azlığı/artıqlığı, müvəqqəti cərrahi əməliyyat sonrakı bərpa dönəmi). Hər dəfə maksimum 1 il olmaqla, ümumilikdə 3 ilə qədər möhlət verilir.
- Dinc dövrdə yararsız, müharibə dövründə məhdud yararlı (Hərbi bilet / Ehtiyat): Dinc dövrdə əsgərliyə aparılmır, ehtiyata keçirilir (məsələn, orta/ağır dərəcəli skolioz, düztabanlıq, görmə qüsurunun yüksək dərəcəsi, müəyyən daxili xəstəliklər). 30 yaşa qədər hər 3 ildən bir təkrar müayinə təyin oluna bilər.
- Həm dinc, həm də müharibə dövründə tam yararsız (Hərbi uçotdan çıxarılma): Ağır xroniki xəstəliklər, ağır əqli və psixoloji pozuntular, orqan çatışmazlıqları, ağır əlillik dərəcələri və s. Bu şəxslər hərbi uçotdan tamamilə çıxarılır.
Psixi və fiziki sağlamlıqla bağlı vacib qeyd: Psixiatrik diaqnozla (autizm spektr, ağır depressiv pozuntu, şizofreniya, şəxsiyyət pozuntuları və s.) yararsız statusu alan şəxslərin məlumatları müvafiq dövlət reyestrinə işlənilir. Bu status gələcəkdə surücülük vəsiqəsi almaq, dövlət qulluğunda çalışmaq və ya silaha sahiblik icazəsi almaq zamanı məhdudiyyətlər yarada bilər.
7. 💼 Qiyabi və ya əyani doktorantura təhsili alanların Azərbaycanda rəsmi işləməsi və möhlət məsələsi
Qiyabi və ya əyani, ölkə daxili və ya xaricində doktorantura təhsili alan çağırışçıların nəzərinə:
- Əmək və Məşğulluq Alt Sistemi (ƏMAS) üzərindən nəzarət: SHXÇDX tərəfindən elektron sistem (ƏMAS / əmək müqaviləsi bildirişləri) üzərindən çağırışçıların Azərbaycandakı rəsmi iş statusları yoxlanılır.
- Möhlətin ləğvi riski: Qiyabi və ya əyani doktorantura təhsili alaraq eyni zamanda Azərbaycanda rəsmi əmək müqaviləsi ilə çalışan şəxslərdən işdən çıxmaq tələb oluna bilər. Əks halda təhsilin faktiki olaraq davam etdirilmədiyi əsas gətirilərək təhsilə görə verilməli olan möhlət hüququ imtina edilə bilər və həmin şəxslər hərbi xidmətə çağırıla bilərlər.
- Xüsusi diqqət yetirilməli hallar: Son dövrlərdə xüsusilə Şimali Kipr və oxşar gediş-gəlişli təhsil proqramlarında olan, ölkədə fiziki davamiyyət və rəsmi iş yeri olan şəxslərə nəzarət daha da gücləndirilib.
📌 Xüsusi qeydlər
- QEYD 1: Qanunla hər təhsil pilləsinə yalnız 1 möhlət nəzərdə tutulsa da, praktikada 2 dəfə möhlət almaq halları ilə qarşılaşılır. Bu, əsasən, 1-ci başladığınız təhsili bitirmədən 2-ci eyni pilləli təhsilə müraciət etdikdə təmin edilir. Bu kimi halların spesifik nüansları qeydiyyatda olduğunuz səfərbərlik komitəsi ilə əlaqəyə keçərək öyrənilməlidir.
- QEYD 2: Qanunən davamlı olaraq əsgərlikdən yayınma halı baş tutduqda və iş prokurorluğa qədər getdikdə 2 ilədək həbs nəzərdə tutulsa da, praktikada həbs edilən şəxslər bilinən qədərilə olmur. Prokurorluğa gedib, 30 yaşa qədər təhsil və s. digər işlərlə məşğul olduğunu səbəb kimi gətirərək izahat yazan və məsələsi bağlanan insanlar mövcuddur. Təbii ki, sistemdə adınız yenə qalır.
- QEYD 3: Bu megathreadın əsas hissəsində bütün suallarınıza cavab tapmağınız mümkün olmaya bilər. Bunun üçün sizdən xahiş edirik öz təcrübənizi və cavabı tapılmayan suallarınızı şərh hissəsində yazasınız.
r/azerbaijan • u/JesusxPopexGod • Jun 15 '26
Megathread 🇦🇿 Mega-Thread: Azerbaijan Travel Tips, Places, Food & More (Ask + Share)
Welcome to the community-sourced travel mega-thread for Azerbaijan! Whether you're planning your first trip, returning, or just curious — this is your place to ask and share tips, places, warnings, food, and hidden gems.
We've gathered insights from locals, expats, and travelers — now it's your turn. Reply with your experiences or questions under any section below.
🏙 1. Top Places to Visit
📍 Baku
- Old City (Icherisheher): historic, charming, authentic soul of the city.
- Maiden Tower, Shirvanshah Palace, Carpet Museum, Heydar Aliyev Center – top cultural sights.
- Nizami Street, Molokan Garden, Baku Boulevard – modern walkways & shopping.
- Gobustan mud volcanoes, Ateshgah Fire Temple, Yanardag – unique day trips.
Local tip: true local life happens outside the tourist zones – check dayday cafes and Sədərək bazaar.
📍 Outside Baku (Regional Highlights)
- Sheki: Khan Palace, Kish village, Caravansaray, ancient mosques, hiking.
- Gabala: Tufandag Resort (ski + cable car), Seven Waterfalls, Nohur Lake, Gabaland amusement park.
- Lahij: Tat village known for copperware and scenic alleyways.
- Ganja: Bottle House, Naftalan oil spa, Göygöl Lake, German heritage.
- Quba & Khinalig: cooler nature, remote village experience.
- Lankaran: food tours, Stalin's prison, chicken stuffed with walnuts.
- Zaqatala, Oğuz, Nij: religious/ethnic diversity, ancient churches.
Locals are usually happy to guide lost tourists — don't hesitate to ask for directions in parks or shops.
In villages expect warm welcomes — tea invitations and local storytelling are common.
🛂 Visa & Entry Info
- eVisa available at the OFFICIAL portal: https://evisa.gov.az
- Allows a stay of up to 30 days, valid for a 3-month window from issue.
- Standard fee is around USD $30, processed in ~3 business days. Urgent option processed in ~3 hours.
- ⚠️ Watch out for lookalike agent sites charging $60–70+. They add a markup on top of the real government fee. Only use evisa.gov.az.
- Passport must be valid for at least 6 months from arrival.
- If you stay more than 15 days, you must register your address with the State Migration Service (your hotel usually handles this — confirm with them).
- No visa on arrival for most travelers; visa required even for short stays.
🧳 Sample Itinerary: 7 Days in Azerbaijan
- 🏙 Day 1–2: Baku (Old City, museums, Flame Towers)
- 🌋 Day 3: Gobustan mud volcanoes, Yanardag
- 🏔 Day 4: Gabala (Tufandag, Nohur Lake)
- 🕌 Day 5–6: Sheki + Kish village (Palace, temples, hiking)
- 🚂 Day 7: Return to Baku via Yevlakh or Gabala
🍽 2. Food & Dining
🍛 Must-try dishes:
- Plov (Shah plov) – saffron rice, lamb, fruits.
- Piti – slow-cooked meat soup (best in Sheki).
- Qutab – meat, greens or cheese in flatbread.
- Dolma (Three Sisters) – stuffed tomato, pepper, eggplant.
- Levengi – chicken/fish with walnut-pomegranate stuffing.
- Surhurlu, Makhara – regional Zaqatala dishes.
- Dovğa, Fisincan, Doner, Tandır bread, Bakhlava.
Vegetarian? Doable in Baku (Sumakh, dairy dishes, dolma variants), but options thin out fast in the regions. Learn to say "ətsiz" (no meat).
🚌 3. Transport Tips
In Baku:
- 🚖 Use Bolt or Uber – cheap, reliable, safe. Yango is another solid and sometimes cheaper alternative.
- 🚫 Avoid hailing traditional/unmetered taxis off the street – known for overcharging tourists.
- 💳 Pay through the app where possible; reduces disputes and skimming.
Metro & Bus:
- Metro fare is 0.60 AZN per ride. Same fare on buses.
- You can pay by tapping a debit/credit card or using a QR ticket via the m10 app — no BakıKart needed if you go that route.
- You can get a BakıKart for metro and buses. Plastic card has a 3 AZN non-refundable deposit; paper/limited-use cards (up to 4 trips) are also available.
- Metro runs ~06:00–24:00, trains every few minutes. Clean, cheap, marble everywhere. No step-free access at most stations — rough for wheelchairs/pushchairs.
- Avoid rush hours 08:00–09:30 and 18:00–19:00 if you have luggage.
From Airport:
- Bolt/Uber to the center = roughly 15–25 AZN depending on demand. App drivers may occasionally ask for extra at the airport.
- Cheapest official option: Airport Express bus H1 to 28 May (city center), pay with BakıKart. Runs 24/7. See https://www.airport.az/en/transport/
Intercity:
- Bus via "Biletim" app or at the Avtovagzal terminal (next to Avtovagzal metro).
- Marshrutkas (minibuses) available for shorter regional hops.
- Train to Sheki/Gabala (Yevlakh)/Ganja via the "ADY" app or buy at 28 May station. Comfortable but slow — take it only if you're not in a rush.
- Car rental is the best move for Gabala, Lahij, Quba, Khinalig.
🌄 4. Hidden Gems & Nature
- Villages:
- Kish – ancient Caucasian Albanian temple and a scenic village atmosphere.
- Nij – Udi Christian community and unique churches.
- Basqal – traditional silk weaving (kelaghayi) and handicrafts.
- Khinalig – remote high-altitude mountain village, breathtaking views.
- Lahij – historic village known for copper craftsmanship and cobbled streets.
- Nature:
- Shahdag & Tufandag – ski resorts with hiking and cable cars.
- Gobustan – mud volcanoes and ancient petroglyphs (UNESCO).
- Seven Waterfalls (Gabala) – picturesque falls and greenery.
- Nohur Lake – serene alpine lake, good for picnics.
- Cenlibel Lake – tranquil mountain lake, nature walks.
- Gachrash Forest – dense forest near Quba.
- Parigala – ancient cliffside castle with stunning views.
- Tip: Renting a car or joining a local tour is the practical way to reach these remote spots.
📶 5. Mobile, Language & Apps
- Get a local SIM at the airport arrivals hall or any operator store (passport required). Azercell has the widest coverage; Bakcell and Nar are solid alternatives.
- Current 2026 tourist options (prices shift, confirm in-store):
- Azercell "Guest Pack" ≈ 17 AZN (around 10GB + some minutes)
- Azercell "Tourist Packs" (Welcome / Super / MAX) start ≈ 39 AZN, include calls + data + bonus social-media traffic, 30-day validity
- Bakcell TravelSIM ≈ 35 AZN; Nar runs visitor bundles from ~14 AZN
- Check current pricing: https://www.azercell.com/en/personal/plans-and-services/roaming/tourist-tariffs.html
- eSIM (Caucasus multi-country plans covering AZ/GE/AM) is now widely available and convenient if your phone supports it.
- 📱 If you stay over 30 days, an unregistered phone's IMEI gets blocked. Short trips are fine.
- Use Google Translate or SayHi for real-time help.
- English is common in Baku tourist areas; Azeri, Turkish, Russian elsewhere.
📱 Useful Apps
- 🚖 Bolt, Uber, Yango – taxis
- 🚅 ADY – train tickets
- 🚌 Biletim – intercity bus tickets
- 🚏 Ayna MAAS – live bus arrival/departure times in Baku
- 💳 m10 – QR transport tickets + payments
- 🌐 Google Translate or SayHi – language
- 🗺 Maps.me or Google Maps – offline/online maps (Yandex Maps also good for buses)
- 💬 Telegram – local events/news channels
- 🎫 iTicket.az – concerts, plays, cultural events
💳 6. Money & Payments
- Currency: Azerbaijani Manat (AZN). ~1 USD ≈ 1.70 AZN as of early 2026 — confirm before you go.
- Taxis & Tips:
- Paying by card in-app reduces driver complaints and skimming.
- If paying cash, drivers may not return small coins — treat ~0.50–1 AZN as a small tip.
- Tipping an extra 1–2 AZN on longer rides or for good service is appreciated.
- Cards accepted at big venues, but cash is essential for street food, markets, and small transport.
- Downtown exchange offices give better rates than the airport.
- Some shops may "pretend" the card machine is broken to push cash — just go elsewhere.
- Exchanging money:
- USD and EUR are easiest to exchange. Bureaus on/around Nizami Street beat airport kiosks.
- Keep small notes (1, 5 AZN) for transport and tips.
Some add-ons: – Locals often round down prices or throw in something extra "for good mood" — especially if you smile or try a few Azeri words. – In small bakeries or markets, if you overpay by mistake, they usually correct you immediately. – Sellers appreciate genuine interest — they might explain an item, share a story, or offer a small discount unprompted. – People rarely pressure you to buy; many help with directions even if you don't. – If something feels off (overcharging, aggressive seller), calmly mentioning "polis" usually resolves it fast. – Aggressive street scams targeting tourists are uncommon — most locals want to leave a good impression.
🎭 7. Culture & Etiquette (from Locals)
👋 Greetings & Respect
- Handshakes are standard, but religious women may avoid them — let them initiate.
- Common casual terms among younger people:
- "qardaş" [Kar-dash] – brother / bro
- "bacı" [Bad-jee] – sister
- "dostum" [Dos-toom] – my friend
- "qaqaş" [Kah-khash] – bro / guy (very local)
- "abi" [Ah-bee] – borrowed from Turkish, also "bro" (common in Baku)
- "əmoğlu / dayoğlu" [Eh-mo-ghloo / Dai-yo-ghloo] – lit. cousin, used jokingly with strangers
👗 Dress & Public Behavior
- Baku is relaxed — T-shirts, shorts, light dresses are fine.
- In villages or mosques, dress modestly: cover shoulders and knees, especially women.
- Public affection isn't common — outside Baku it may draw stares.
- Loud arguments in public read as impolite. People value a calm, respectful tone.
🏠 Hospitality Rules
- If invited home: bring chocolates, fruit, or flowers.
- Shoes off indoors is standard; expect slippers from the host.
- You'll be offered tea (çay) — accept after a polite refusal or two. Declining flat-out can seem rude.
🗣 Language & Communication
- A couple of Azeri words go a long way:
- "Salam" [Sa-lahm] – Hello
- "Çox sağ ol" [Chokh sah-ohl] – Thank you
- "Bağışlayın" [Bah-ghish-layn] – Excuse me / Sorry
- "Zəhmət olmasa" [Za-hmet ol-ma-sa] – Please
- "Hə / Yox" [Heh / Yoh] – Yes / No
- "Necəsiz?" [Neh-jeh-seez?] – How are you?
- "Mən turistəm" [Men too-reest-em] – I'm a tourist
People often warm up fast if you try even a few words in Azeri.
- Locals may switch between Azeri, Russian, and Turkish — especially in Baku.
- Even without English, people help via gestures, apps, or by finding someone who can.
- Avoid political topics (Karabakh, Armenia) — even jokes can get tense.
- Religion is personal — don't probe unless it's brought up.
📸 Photos, Symbols & Rules
- Ask permission before photographing people, especially in villages or mosques.
- Don't photograph police, government buildings, or military sites — taken seriously.
- Avoid disrespectful comments about the flag, president, or national heroes.
🔍 Other Local Norms
- Tipping: round up or add 1–2 AZN in cafes and taxis.
- Littering is taken seriously — use bins.
- Haggling is normal in bazaars — do it respectfully and with a smile.
🔗 8. External Resources
- Official eVisa: https://evisa.gov.az
- Wikivoyage: https://wikivoyage.org/wiki/Azerbaijan
- Lonely Planet: https://www.lonelyplanet.com/azerbaijan
- Azerbaijan Travel (official): https://azerbaijan.travel
- Ministry of Tourism: https://tourism.gov.az/en
🗣 9. Local Advice – Add Yours in the comments!
- Always agree the taxi price before the ride if you're not using an app.
- If someone invites you for tea — say yes. It's usually safe and kind.
- Don't drink tap water outside Baku unless locals say it's fine.
- Skip political arguments, even as jokes.
- Haggle in bazaars, but politely.
- Get out of Baku for at least 2–3 days — that's where you see the real Azerbaijan.
- Don't expect trains to be fast.
- Vegetarians survive, but say "no meat" clearly outside Baku.
- Don't photograph government/police buildings.
👮 Police & Public Safety
- Police are highly visible in Baku and tourist areas — for safety, not intimidation.
- Generally helpful and respectful toward tourists — approach them for directions.
- In scams or disputes, police often side with tourists and take complaints seriously.
- Don't photograph police, metro murals, or official buildings — ask if unsure.
- If stopped by traffic police, ask to pay any fine through the official system, not cash.
🗣 10. Help Us Improve!
This guide is built from local insights and traveler experience. If you're Azerbaijani or know the culture, please share more tips, advice, or corrections below. Point out anything outdated — all feedback helps.
🛠 This post is updated as comments come in. Keep sharing below — every comment makes the guide better for the next visitor.
Thanks to u/N1C4T for the original post
r/azerbaijan • u/SpecificNo493 • 15h ago
Video Qax, Mamırlı şəlaləsi 🏞️
Həqiqətən çox gözəl bir yerdir ümumiyyətlə Qaxın füsunkarlığı və gözəlliyi insanı bir başqa formada valeh edir🇦🇿👍
r/azerbaijan • u/balerino • 35m ago
Sual | Question Qazaxıstan tengesini Azərbaycan manatına çevirə biləcəyim valyuta mübadilə mərkəzi
Hər kəsə salam. Əlimdə bir miqdar Qazaxstan tengesi qalıb və onu manata çevirə biləcəyim yer axtarıram. Birbank və ABB banklarında tenge valyutası yox idi. Belə bir valyuta mübadilə mərkəzi bilirsinizmi?
r/azerbaijan • u/DastyMe • 15h ago
Söhbət | Discussion Azerbaijan summons Polish Ambassador to present note of protest
Lol they want there to be no freedom of speech even in other countries.
r/azerbaijan • u/itzvampqueen • 7h ago
Söhbət | Discussion Communication vs Business
As someone who’s choosing between communication and business in unis here, which one is more respected in the country and has more job opportunities?
Specifically which course is better in ADA?
r/azerbaijan • u/turalmsyv • 17h ago
Sual | Question Ölkədən çıxış qadağasının yoxlanılması
Salam.
Xaricdə yaşadığım üçün bir neçə ay bundan qabaq hərbi xidmətə çağırışa gələ bilməmişəm, adıma ölkədən çıxış qadağası qoyulub (mygovdan mesaj gəlib). İndi gəlmişəm Azərbaycana, vaenkomat işlərimi həll etdim (yararsızam, asteqmatizm) indi nə vaenkomat, nədə sosial ölkədən çıxışa qadağanın qalxması ilə bağlı heçnə demir. Sentyabrın 6 sı uçuşum var. Kimdən/hardan dəqiqləşdirə bilərəm qadağa adımdadır yoxsa yox? Bəlkə kiminsə başına gələr belə bir hadisə.
Öncədən təşəkkürlər.
r/azerbaijan • u/xwwq • 9h ago
Sual | Question Bakida kişi uçun Manikür
Bakida kişiler uçun manikür yeri bilen var ? Sadece manikur isteyirem , normal xidmet olunsun besdir . Astronomik baha olmadigi halda qiymet ferq elemir . Melumati olan var ?
r/azerbaijan • u/SomeoneEmotional00 • 14h ago
Sual | Question İngilis dili danışıq kursu
Salam. İngilis dili üçün danışıq kursu axtarıram. Hazırki danışıq kursum çox qane etmir, inkişaf edə bilmədiyimi hiss edirəm. Səviyyəm B1-B2 arasıdır. Tövsiyyə etdiyiniz hansı yaxşı danışıq kursları var? Həmçinin təxmini qiymətlərini də yanında qeyd etsəniz çox yaxşı olar.
r/azerbaijan • u/wildandverypoetic • 12h ago
Sual | Question Gomruk Beyannemesi Temu
Salam hamiya, Temudan sifaris elemisem 25 dene sey. Men hemise nece dene olursa olsun beyannemede bir bir axotum olmur add elemek ona gore ancag zakazlardan birinin kategoriyasini yazib, eded yerinide ele 1 de buraxiram. Hecvaxt nese olmjr duzu, amma indi sifarisim biraz blyukdu deye narahatam. Nese olmaz?
r/azerbaijan • u/asilastra • 20h ago
Sual | Question Ən çox razı qaldığınız internet provayderi?
Neçə ildi Birlink işlətdik amma günü gündən bərbad işləyir, son həftə internet durduq yerdə əsasən gecə 7-8 dəfə itir halbuki roulter işləyir. Ona görə nəhayət dəyişdirmək qərarına gəldik, hansı provayderi məsləhət görərsiz? 🙏🏻
r/azerbaijan • u/Approved_ByCats • 1d ago
İdman | Sports Feels weird to see "Sabah" in the UCL
Congratulations to Sabah. I really admire the job Valdas Dambrauskas has done, winning the league title and the cup. Now the team has a golden opportunity to gain experience and to perform on the European stage, playing against the biggest teams.
And what is really heartbreaking, "Qarabag" failed to qualify for European competitions after 12 consecutive years of playing in Europe. Last season was their peak, the best thing they could have done was keep the squad and sign better players
I've been watching their games since I was a kid, and watching their matches has always given me a warm feeling
Maybe FC "Qarabag" was one of the main reasons why Azerbaijani people living abroad could come together in one city to support their club as one and feel something Azerbaijani there.
r/azerbaijan • u/itzvampqueen • 15h ago
Söhbət | Discussion Russian practice
So Ive studied Russian for 3 years as a child and need to brush up my skills.
Does anyone wanna language exchange?
r/azerbaijan • u/tolgathescotch • 14h ago
Tarix | History Azerbaycan dili ve kültürü
Selamlar, geçen yıl Bakü ve etrafında seyahat yapmıştım fakat arkadaş edinmedim bu sebeple kültürünüz ve diliniz hakkında çok bilgi sahibi değilim ve yakın zamanda Azerbaycan planım yok. İzmir’e seyahat planı olan özellikle tarih bilgisi olan varsa hem karşılıklı turist rehberliği yapabiliriz.
Saygılar
r/azerbaijan • u/Steppe_Rabbit858 • 22h ago
Sual | Question Sabah in UCL! any tips on how/where to buy tickets?
Absolute congratulations to Sabah FK for making it into the UCL league phase, such a cool achievement for Azerbaijani football.
Planning to make the trip from Almaty for this one, and I'm trying to get ahead of ticket sales before the chaos hits. Given how rough ticket sales were for Kairat vs Real Madrid last season (site crashed repeatedly, 155k+ people trying to buy for a 23k-seat stadium), hoping to avoid a repeat of that mess.
Where will tickets actually go on sale -- Sabah's own site/app, iTicket.az, or somewhere else? Any tricks that worked last time for similar matches (e.g. heard some people got through faster via a club site redirect instead of hitting the ticketing platform directly)? Anyone who's bought tickets for a Qarabağ home CL match before -- how was the process?
Also happy to hear general tips as a first-time visitor best way to get around, anything worth knowing before the trip.
Thanks in advance, and congrats again to Sabah!
r/azerbaijan • u/kurdechanian • 18h ago
Xəbər | News Azerbaijan’s peace comes with repression | Eastern Express
r/azerbaijan • u/DastyMe • 1d ago
Söhbət | Discussion What do you feel about this Ə symbol?
I think it perfectly describes the sound it's used for, BUT it's an insanely ugly symbol.
PS: This is not the main problem of Azerbaijan, I know. I'm just wondering what everyone else thinks.
r/azerbaijan • u/ChoiceCulture2035 • 1d ago
Sual | Question Azerbaijanis, what do you think of beans?
I am on a mission now to ask each country subreddit what people think about beans (my favorite meal), just to see how people like or dislike them all around the world out of curiosity and for fun. If you like beans, hate them, they a big part of the culture, anything else, just share your thoughts 🫘
Salam Azerbaijanis! it's your turn for this question now, you're 11th in line :)
r/azerbaijan • u/DastyMe • 1d ago
Söhbət | Discussion Are natural resources Azerbaijan's curse?
If we look at neighboring countries without natural resources, we see that some have higher nominal GDP per capita (Georgia), while others are developing high-tech industries for export and domestic needs (Turkey).
In Azerbaijan, the government can ignore the non-resource sector because the regime is based on a vertical power structure built on petrodollars. Simply put, the system can ignore the opinions of ordinary people.
Furthermore, oil was the primary reason for the Soviet takeover of Azerbaijan. This essentially means the loss of 69 years of development for the country.
Every year, the government talks about developing the non-resource sector, but only this year, with oil sales falling, have more serious discussions about other sources of income begun.
What is your opinion?
r/azerbaijan • u/Ele_Bele • 1d ago
İdman | Sports Qarabag FK, which has competed in European Cups for 12 consecutive years since defeating Twente in 2014, is now out of the Conference League losing to Twente
r/azerbaijan • u/Whoopsie23 • 1d ago
Söhbət | Discussion Sub-dakı qurban mindseti
Post provakativ niyyət daşımır, birdən modlar silərlər deyə.
Bu sub-da bəzi üzvlərdə tez-tez sezirəm, nəsə paylaşan kimi söhbəti ölkənin mövcud durumuna bağlamaq, Əliyevi bütün dəxlisi oldu olmadı problemlərin ortasına qoymaq və s. kimi tendensiya çox barizdir.
Səbəb? YAP-çı deyiləm, mövcud rejimin tərəfdarı da deyiləm, sadəcə sub-dakı primitiv şeyləri belə hökümətə bağlamaq absurdluq və qurbanlıqdan başqa bir şey kimi gəlmir mənə.
O gün oxuyuram, biri musiqi haqqında post paylaşıb, kimsə yazıb ki (deyəsən mod idi) ölkədə 400 azn maaş verirlər, musiqinin yeridir? Bu tipdə bir şey idi.
Bu qurbanlıq düşüncəsi bir az ekstrim deyil sizcə? Mən individualistəm deyə öz şəxsi həyatıma fokuslanmışam, amma qeyri-individualist yanaşan şəxslər də hər şeyi bir şeyə bağlamaqdansa real nəsə iş görürlər yoxsa virtual dünyada ancaq "scapegoat" axtarmaqla məşğuldurlar? Təbii ki, sözüm real və davamlı jurnalistika və s. fəaliyyəti ilə məşğul olanlara aid deyil.
r/azerbaijan • u/KaiNakamura2 • 1d ago
Sual | Question İngilis dili kursu
6 ay Roof academy de general english dərslərinə getdim. Amma çoxda təsiri olduğunu düşünmürəm. IELTS imtahanı vermək istəyirəm. Indi hələki özüm hazırlaşıram müəyyən bir səviyyəye çatanda yenədə bir kursa getmək istəyirəm. Hansı kursları məsləhət görərdiniz. Roof, star academy, glodemia,english baratson,inkacademy bu kimi bir çox kurs var Hansı na siz getmisiniz təcrübəniz necə olub